Çinə məxsus təyyarə Manilada qəza enişi edib

17-08-2018, 10:30
Oxunub: 112
Təyyarə eniş etmədən öncə bir saata yaxın hava limanının üzərində uçub


Çinin "Xiamen Airlines" aviaşirkətinin "Boeing-737-800" təyyarəsi Filippinin paytaxtı Manilada qəza enişi edib.

Trend-in məlumatına görə, qəza enişi edən təyyarə Syamen-Manila reysini həyata keçirirdi.
 
Məlumata əsasən, təyyarə eniş etmədən öncə bir saata yaxın hava limanının üzərində uçub. Eniş edəndən sonra təyyarə uçuş-eniş zolağından kənara çıxıb.

Hazırda sərnişinlərin təcili təxliyəsi aparılır. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti