Autizmli uşaqlara kömək edən robot təqdim edilib

16-08-2018, 17:00
Oxunub: 133
Robotun köməyilə uşağa emosiyaları tanımağı, ünsiyyət qurmağı və s. öyrətmək mümkündür


Lüksemburq Universitetinin alimləri tərəfindən yaradılmış LuxAI startapı QTrobot adlı robot təqdim edib. Trend-in məlumatına görə, o, autizm spektr pozğunluğundan əziyyət çəkən uşaqların müalicəsi üçün hazırlanıb.

Autizmdən əziyyət çəkən insanlarda erkən yaşlardan sosial qarşılıqlı əlaqələrdə problemlər müşahidə olunur: əksər hallarda belə insanlar qapalı olur, çətinliklə yeni münasibətlər qurur və ünsiyyət saxlayırlar.
 
LuxAI startapının yaradıcıları hesab edirlər ki, ünsiyyət zamanı mütəxəssislərlə birgə robot-vasitəçidən istifadə edilməsi uşaqlara təlim və ünsiyyət zamanı psixoloji narahatlıqdan xilas olmaqda kömək edə bilər. QTrobot söz, jest və üz ifadələri vasitəsilə ünsiyyət yaradır. Məsələn, robotun köməyilə uşağa emosiyaları tanımağı, ünsiyyət qurmağı və sadə tapşırıqları səmərəli yerinə yetirməyi öyrətmək mümkündür.

QTrobot uzun müddət əvvəl hazırlanıb, indi araşdırma vasitəsilə onun səmərəliliyi yoxlanılıb. Lüksemburq Universitetinin alimləri autizmdən əziyyət çəkən 4-14 yaş aralığında 15 uşağın robot və həkimlə olan terapiya seansını müqayisə ediblər və məlum olub ki, uşaqlar robota daha çox diqqət yetirir: onlar robota orta hesabla iki dəfə daha çox baxıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti