İspaniyada istidən 30 nəfər ölüb

16-08-2018, 16:46
Oxunub: 40
İyulun 24-dən bəri 13 kişi və 10 qadın isti havaların qurbanı olub


 İspaniyada müşahidə edilən anomal istilər səbəbindən iyul ayından bəri 30 nəfər ölüb.

Təkcə Kataloniyada iyulun 24-dən bəri 13 kişi və 10 qadın isti havaların qurbanı olub. Onlardan ən cavanının 41, ən yaşlısının isə 100 yaşı olub. 67 nəfər günvurmadan əziyyət çəkib.

Bununla yanaşı, yerli KİV İspaniyanın digər bölgələrində ölənlər barədə məlumatlar yayıb. Belə ki, Estremadurada 4, Mursiyada 2, Əndəlusiyada isə 1 nəfər ölüb.

İspaniyada ən güclü istilər 2-7 avqust aralığında qeydə alınıb. Bu ayın əvvəlində ölkənin bəzi bölgələrində istilik 44-46 dərəcəyə çatıb. (Report) 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti