ABŞ-da KİV orqanları Trampa qarşı aksiya keçirir

16-08-2018, 16:34
Oxunub: 57
Aksiya "Boston Globe" qəzetinin təşəbbüsü ilə keçirilir


ABŞ-da 350-yə yaxın kütləvi informasiya vasitəsi orqanı prezident Donald Trampa qarşı və mətbuat azadlığının müdafiəsi naminə etiraz aksiyası keçirir.

KİV orqanları bu addımı daha əvvəl "KİV xalqın düşmənidir" deyən ABŞ prezidenti Donald Trampa cavab vermək üçün atıblar.

Aksiya "Boston Globe" qəzetinin təşəbbüsü ilə keçirilir.

Aksiyada iştirak edən "The Guardian" qəzeti Trampın mətbuata, eləcə də ayrı-ayrı jurnalistlərə müntəzəm hücumlar etdiyini, KİV-in məlumatlarını "saxta xəbərlər" (fake news) adlandırdığını xatırladıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti