Ölkədə qiymətli metalların istehsalı azalıb

16-08-2018, 15:48
Oxunub: 227
İyulun sonuna ölkədə hazır məhsul istehsalı 64,2 kq təşkil edib


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 588,7 kq qızıl istehsal olunub.

Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% azdır.

Avqustun 1-nə ölkədə hazır məhsul ehtiyatı 153,5 kq təşkil edib.

Son 1 ildə gümüşün də istehsalı azalıb. Belə ki, 7 ay ərzində ölkədə 1 051,1 kq gümüş istehsal olunub ki, bu da illik müqayisədə 5,3 dəfə azdır.

İyulun sonuna ölkədə hazır məhsul istehsalı 64,2 kq təşkil edib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti