"Türkiyənin Aİ ilə münasibətləri normallaşmağa başlayıb"

16-08-2018, 15:32
Oxunub: 37
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib


"Türkiyənin Aİ ilə münasibətləri normallaşmağa başlayıb". 

Report-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi mövzusunda danışıqları davam etdirmək niyyətindədir

Xartırladaq ki, bir qədər öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniyanın kansleri Angela Merkel ilə telefon başlantısı zamanı tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər. Kansler Türk iqtisadiyyatının Almaniya Federativ Respublikası üçün vacib olduğunu deyib. 

Bu gün Ərdoğan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışıqları planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti