Sürtkü yağlarının istehlakı 2 dəfə artıb

16-08-2018, 12:35
Oxunub: 34
İllik müqayisədə 18,9% çox - 712,4 min ton dizel yanacağı istehlak edilib


Bu ilin I yarısında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çox - 620,3 min ton avtomobil benzini, illik müqayisədə 18,9% çox - 712,4 min ton dizel yanacağı istehlak edilib.

Etatist.com-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, son 1 ildə neft-kimya sənayesi üçün istifadə olunan benzinin istehlakı 14,8% artaraq 116,4 min ton, aviasiya üçün və sair ağ neftin istehlakı 4,7% artaraq 165,3 min ton, neft bitumunun istehlakı 58,4% artaraq 119,9 min ton, maye qazın istehlakı 42% artaraq 100,2 min ton, sürtkü yağlarının istehlakı isə 98,5% və yaxud təxminən 2 dəfə artaraq 43,3 min ton təşkil edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti