İtaliyada matəm günü elan olunacaq

16-08-2018, 11:30
Oxunub: 232
Bütün əyləncəli tədbirlər ləğv olunacaq


Genuyada körpünün uçması ilə əlaqədar baş verən insan itkisi ilə bağlı İtaliyada matəm günü elan olunması barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə İtaliyanın Baş naziri Cüzeppe Konte bəyan edib.

Ötən gün Genuyada ölkənin Nazirlər Kabinetiin fövqəladə iclası keçirilib. Onların daha bir qərarı isə Liquriya vilyatində 1 illik fövqəladə rejim müəyyən etmək olub.
 
Qeyd edək ki, avqustun 14-də İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində 35 nəfər həlak olub, azı 10 nəfər itkin düşüb, 13 nəfər yaralanıb.

Avqustun 16-sı İtaliyanın və Avropa İttifaqının bayraqları endiriləcək, bütün əyləncəli tədbirlər ləğv olunacaq
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti