Abituriyent jurnalının 7-ci nömrəsi nəşr olundu

16-08-2018, 10:00
Oxunub: 70
Jurnalı Abituriyent satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar


 Dövlət İmtahan Mərkəzi (DİM) Abituriyent jurnalının 7-ci nömrəsini nəşr edib.

Mərkəzdən Etatist.com-a verilən məlumata görə, bu nömrədə 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsininbütün qrupları isə bir jurnalda) çap olunub. 

Bu nömrədə eyni zamanda, həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınan uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olunan abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən Abituriyent satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti