Güclü leysan tütün plantasiyalarına ciddi zərər vurmayıb

15-08-2018, 20:24
Oxunub: 44
2018-ci ilin sonunadək Azərbaycanda tütün istehsalının həcmi 30 faiz arta bilər


Azərbaycanın şimal-qərbində güclü leysan yağışları bölgədəki tütün plantasiyalarına ciddi zərər vurmayıb.

Bunu Trend-ə Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Telman Həsrətov deyib.

Onun sözlərinə görə, əksər plantasiyalar az miqdarda su altında qalıb ki, bu da əksinə, tütün üçün xeyirlidir:

"Biz indi yağışın kəsdiyi ərazilərdə plantasiyalara baxış keçiririk. Baxdığımız plantasiyaların əksəriyyəti çox az zərər çəkib. Biz hələlik dağlara yaxın və daha yüksəkdə yerləşən plantasiyaları yoxlamamışıq. Orada yağış daha şiddətli yağıb. Əsas odur ki, plantasiyalar tamamilə su altında qalmasın. Bu, tütün üçün zərərlidir".

 
Assosiasiya rəhbəri bildirib ki, ümumilikdə bu il tütün istehsalı əhəmiyyətli dərəcədə artmalıdır:

"Bu il məhsuldarlıq yüksəkdir. Hətta fermerlər qəbul məntəqələrinin azlığından narazıdır. Bu il quru tütünün və tütün məhsullarının istehsalı artmalıdır".

Qeyd edək ki, bir müddət əvvəl T.Həsrətov Trend-ə müsahibəsində bildirmişdi ki, 2018-ci ilin sonunadək Azərbaycanda tütün istehsalının həcmi 30 faiz arta bilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti