Türkiyənin ABŞ-a tətbiq edəcəyi rüsumlar illik 500 milyon dollardan çoxdur

15-08-2018, 19:51
Oxunub: 60
Türkiyə bütün addımlara analoji cavab verəcək


Türkiyənin ABŞ-a qarşı tətbiq edəcəyi əlavə rüsumların həcmi illik 533 milyon dollar məbləğində qiymətləndirilir.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan məlumat verib.

"ABŞ Türkiyənin mühüm, amma yeganə olmayan ticarət tərəfdaşıdır. Ankaranın həmişə müxtəlif alternativ bazarlara çıxış imkanı var. ABŞ-dan idxal edilən 22 adda mala görə rüsumları iki dəfə artırdıq, əlavə rüsumların həcmi 533 milyon dollar təşkil edəcək", - nazir deyib.

R.Pekcan həmçinin yerli şirkətlərin maraqlarını ABŞ-ın ədalətsiz addımlarından qorumağa hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə bütün addımlara analoji cavab verəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların iki dəfə - müvafiq olaraq, 50% və 20%-ə qədər artırılmasına dair fərman imzalayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə buna cavab olaraq ABŞ istehsalı olan bütün elektron avadanlıqları boykot edib və ABŞ-dan gətirilən bir sıra mallar üzrə rüsumları artırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti