Sabah Gəncədə qaz təchizatında məhdudiyyət yaranacaq

15-08-2018, 19:13
Oxunub: 33
Məhdudiyyət istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədar olacaq


Sabah Gəncə şəhərinin təbii qazla təchizatında məhdudiyyət yaranacaq. 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən Etatist.com-a verilən məlumata görə, məhdudiyyət istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədar olacaq.

Qazın kəsilməsi saat 10:00-dan saat 18:00-a qədər davam edəcək. Yaranacaq məhdudiyyətlə bağlı Azəriqaz bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti