"ABŞ F-35-lərin Türkiyəyə təchizatından imtina etsə, hüquqi tədbirlər görüləcək"

15-08-2018, 15:35
Oxunub: 36
"Türkiyə yalnız F-35-i satınalan ölkə deyil, biz həm də bu layihədə iştirak edirik"


ABŞ beşinci nəsil F-35 qırıcılarının Türkiyəyə təchizatından imtina edəcəyi təqdirdə, rəsmi Ankara hüquqi tədbirlər görmək niyyətindədir.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın Ankarada təşkil edilən mətbuat konfransında bildirib.

"Türkiyə yalnız F-35-i satınalan ölkə deyil, biz həm də bu layihədə iştirak edirik. Pilotlarımız artıq bu təyyarələri necə idarə etmək lazım olması ilə bağlı təlimlər keçir. Amma zərurət yaranarsa, hüquqi tədbirlərə əl atacağıq. Ümid edirəm ki, vəziyyət bura qədər gəlib çıxmayacaq", - İ.Kalın deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti