Xəzər Konvensiyası ilə bağlı işçi qrupunun ilk iclası Bakıda keçiriləcək

15-08-2018, 15:09
Oxunub: 33
"İlk iclasın artıq bu ilin noyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılır"


 Xəzərin hüquqi statusu üzrə Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə xüsusi işçi qrupunun ilk iclası 2018-ci ilin noyabr ayında Azərbaycanda keçiriləcək.

Report "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Sammit ərəfəsində xarici işlər nazirləri Xəzər dənizi məsələləri ilə bağlı yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəliblər. İlk iclasın artıq bu ilin noyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılır", - Qazaxıstan XİN-dən bildiriblər.

Qeyd olunur ki, işçi qrupu, ilk növbədə, Xəzərdə sektorlararası ilkin xətlərin müəyyən edilməsinin metodikası üzrə beştərəfli Sazişin razılaşdırılması işinə başlayacaq.

Xatırladaq ki, dünən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov xüsusi işçi qrupunun ilk iclasının payızda Bakıda keçiriləcəyini təsdiqləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti