AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

15-08-2018, 15:05
Oxunub: 72
Bunun üçün Airbus A319 / A320 tipli hava gəmilərindən istifadə olunacaq


Oktyabrın 28-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcəkdir. 

Qurumdan Etatist.com-a verilən məlumata görə, aviareyslər (J2-223/J2-224) baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.

Bunun üçün Airbus A319 / A320 tipli hava gəmilərindən istifadə olunacaq. Uçuşlar hər həftənin çərşənbə axşamı və bazar günləri, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından baş tutacaq. 

AZAL-ın klassik reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaq.

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşları yalnız AZAL-ın struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən yerinə yetirirdi. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti