Əfqanıstanda baş vermiş partlayışlarda ən az 10 nəfər həlak olub

15-08-2018, 15:00
Oxunub: 41
Avtomobilin minanın üzərinə çıxması nəticəsində 4 nəfər həlak olub, 2 nəfər yaralanıb


Əfqanıstanda baş vermiş iki ayrı partlayış nəticəsində azı 10 nəfər həlak olub.

Trend-in məlumatına görə, ölkənin şərqindəki Laqman əyalətində uşaqlar tapdığı partlayıcı qurğu ilə oynamağa başlayanda partlayış baş verib. Nəticədə altı uşaq həlak olub.

Digər partlayış isə Əfqanıstanın cənubundakı Zabul əyalətində baş verib. Burada avtomobilin minanın üzərinə çıxması nəticəsində 4 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti