Moldova Elektrik Enerjisi Şurasından çıxır

15-08-2018, 14:03
Oxunub: 59
Xatırladaq ki, saziş 14 fevral 1992-ci ili tarixində imzalanıb


Moldova Azərbaycanın da təmsil olunduğu MDB Elektrik Enerjisi Şurasından çıxacağını açıqlayıb.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyi "MDB üzvləri arasında elektrik enerji sahəsində əlaqələrin koordinasiyası barədə sazişin" ölkə üçün qüvvədən düşdüyünü bəyan edib. 

Nazirlik bəyan edib ki, Moldova elektrik enerjisi şəbəkəsini Rumıniya ilə birləşdirmək niyyətindədir, buna görə də müvafiq saziş ölkənin maraqlarına daha cavab vermir.

Xatırladaq ki, həmin saziş 14 fevral 1992-ci ili tarixində imzalanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti