Türkiyə ABŞ məhsullarının idxal rüsumlarını qaldırdı

15-08-2018, 11:00
Oxunub: 37
Ərdoğanın müvafiq fərmanı "Resmi Gazete" nəşrində dərc olunub


Türkiyə ABŞ-ın sanksiyalarına cavab olaraq bir sıra Amerika məhsullarının idxal rüsumlarını kəskin qaldırıb.

Report RİA Novosti-yə istinadən xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı "Resmi Gazete" nəşrində dərc olunub.

Sənədə əsasən, Birləşmiş Ştatlardan idxal olunan tütün məmulatlarının rüsumu 60%, spirt məhsullarının rüsumu 140%, avtomobillərin rüsumu 120%, kosmetika məmulatlarının rüsumu 60%-dək, düyü 50%, meyvə isə 20% qaldırılıb. Rüsumlar bir sıra digər Amerika məhsullarında da qaldırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti