Prezident və xanımı İtaliyanın dövlət başçısına başsağlığı verib

14-08-2018, 19:03
Oxunub: 31
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İtaliya Prezidentinə məktub ünvalanyıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya məktub ünvalanyıb. 

Mətndə deyilir: 

"Hörmətli cənab Prezident,

Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində insanların həlak olması və itkin düşməsi xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımızdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı veririk".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti