Böyük Britaniya ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib

14-08-2018, 18:45
Oxunub: 36
Məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb


Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Mari Krofts ilə nazirlikdə keçirdiyi görüşdə bildirib.

Prezident İlham Əliyevin sosial-iqtisadi strategiyasının mərkəzində insan amilinin, vətəndaş firavanlığının dayandığını vurğulayan nazir ölkəmizdə sosial inkişafın təmin edilməsi istiqamətində ötən dövrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin bir pəncərədən operativ və tam şəffaf şəkildə göstərilməsi üçün DOST mərkəzlərinin yaradılması yönündə aparılan işlər barədə məlumat verib.
 
S.Babayev British Council tərəfindən icra olunan və BP tərəfindən dəstəklənən Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramının əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, əmək bazarının tənzimlənməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək, məşğulluq, sosial təminat sahələrində idarəçilik və xidmətlərin avtomatlaşdırılması, bu sahələrdə "bir pəncərə"dən xidmət modelinin tətbiqi, əlilliyi olan şəxslərin reabilitasiyası və əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, əməyin təhlükəsizliyi və s. sahələrdə Böyük Britaniyanın müvafiq qurumları ilə təcrübə mübadilələrinin aparılması önəmli ola bilər. Bu məqsədlə həmin qurumlarla əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması üçün də imkanlar var.

K.M.Krofts Azərbaycanda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, bu sahədə innovativ yanaşmaların tətbiqi yönündə aparılan işləri maraqla izlədiyini, iki ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə sahələrini əhatə etməsi üçün onun tərəfindən də səylərin göstəriləcəyini vurğulayıb.

Görüş Azərbaycan və Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, Görüş Azərbaycan və Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi ilə davam edibGörüş Azərbaycan və Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi ilə davam edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti