İtaliyada körpü çöküb, 11 nəfər ölüb - YENİLƏNİB

14-08-2018, 17:14
Oxunub: 211
Körpünün çökməsi nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb


İtaliyanın Genuya şəhərində körpünün çökməsinə ildırım səbəb ola bilər.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu fəlakətin şahidləri iddia edirlər.

Körpünün çökdüyü yerin yaxınlığında olan yerli sakinlər çökmədən qabaq ildırımın onu vurduğunu bildirlər.

"Rai News" telekanalının məlumatına görə, körpünün çökməsi nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb. Onlardan 7-sinin vəziyyəti ağırdır. Qeyd edilir ki, körpünün çökmə anında onun üzərində 20-yə yaxın avtomobil olub. Yerli səlahiyyətlilər isə çökmənin səbəblərindən biri kimi daşıyıcı konstruksiyanın zəifləməsini göstərir. Körpü ötən əsrin 60-cı illərində inşa edilib.

***

İtaliyada avtoban üzərindəki körpü çöküb.

Report "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə Genuya şəhərindəki A-10 avtomobil yolunda qeydə alınıb.

Onlarla ölən və yaralananın olduğu bildirilir. 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti