"Avropa Azərbaycandan İtaliyaya Transadriatik qaz kəmərinin çəkilməsini dəstəkləməlidir"

14-08-2018, 13:36
Oxunub: 75
Onun sözlərinə görə Almaniya daha Rus ayısını pul ilə bəsləməyəcək


 Amerikalı konqresmen Devin Nunes bildirib ki, Avropa Azərbaycandan İtaliyaya Transadriatik qaz kəmərinin (TAP) çəkilməsini dəstəkləməlidir.

Report RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Washington Examiner nəşri yazıb.

Onun sözlərinə görə, bu qaz kəməri Avropanın Rusiya qazından asılılığının azaldılmasının yeganə üsuludur. Belə olan halda, Avropa ölkələri, xüsusilə də, Almaniya daha Rus ayısını pul ilə bəsləməyəcək.

Nunes həmçinin bildirib ki, bu qaz kəməri üçün yeganə maneə Rusiyanın İtaliyada apardığı təbliğatdır. Moskva bu təbliğatın köməkliyi ilə layihənin həyata keçirilməsinə mane olmaq məqsədi ilə yalan məlumat yayır.

"Transadriatik qaz kəmərinin tikintisi ilə Avropa üçün daha bir qaz mənbəyi yaranmış olacaq. Bu vəziyyət Avropa ölkələrinin Rusiya qazından asılılığını aşağı salacaq", - deyə konqresmen əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti