Azərbaycan Ukraynadan şəkər idxalını azaldıb

14-08-2018, 13:26
Oxunub: 52
Azərbaycan iyulda ötən aya nisbətdə 11 min 10 ton şəkər idxal edib


Azərbaycan cari ilin iyul ayında Ukraynadan şəkər idxalını 50 faizə yaxın azaldıb.

Report xəbər verir ki, bu barədə Ukrtsukor assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan iyulda ötən aya nisbətdə (iyunda 5 faiz) 11 min 10 ton şəkər idxal edib ki, bu da ümumi ixracın 3 faizini təşkil edir.

Ukrayna istehsalçıları cari marketinq ilinin iyul ayı ərzində ümumilikdə 36,7 min ton şəkər ixrac ediblər ki, bu da ötən ayla müqayisədə 46 faiz azdır.

İyulda əsas tədarük Özbəkistana həyata keçirilib – 89 faiz. Həmçinin Moldovaya 4, Tacikistana isə 2 faiz şəkər ixrac olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti