Bəzi istirahət mərkəzlərinin sahibləri cərimələnib

14-08-2018, 13:17
Oxunub: 26
Reydlər davam etdirilir


Bakı şəhərinin Xəzər dənizi sahil zolağında "Ətraf Mühitin Mühafizəsi" və "İstehsalat və Məişət Tullantıları" haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən reydlər keçirilib.

Bu barədə Etatist.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reydlər zamanı Binəqədi rayonu Xəzər sahili zonasında fəaliyyət göstərən Həyat, Dəniz, Matros və Anar istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Faktlarla bağlı obyekt sahibləri Hacı Sadıqov, Aydın Matatyayev, Rəşad Əlverdiyev və Anar Rüstəmov barəsində protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən hər biri 800 manat məbləğində cərimə olunub. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti