"Pakistanda baş verən heç bir siyasi dəyişiklik Azərbaycanla əlaqələrimizə təsir göstərə bilməz"

14-08-2018, 12:00
Oxunub: 34
Diplomat qeyd edib ki, gələn il Bakı və İslamabad arasında birbaşa reyslər açıla bilər


"Azərbaycanla Pakistan arasındakı münasibətlər bütün istiqamətlər üzrə intensiv inkişaf edir".

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

"Bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. İslam Əməkdaşlıq Təşkilatında və BMT çərçivəsindəki birgə fəaliyyətimiz buna nümunə ola bilər. Pakistanda baş verən heç bir siyasi dəyişiklik. o cümlədən yaxınlarda keçirilmiş parlament seçkilərinin nəticələri Azərbaycanla əlaqələrimizə təsir göstərə bilməz", - səfir bildirib.

Diplomat qeyd edib ki, gələn il Bakı və İslamabad arasında birbaşa reyslər açıla bilər: "Bu, həm yaxın əlaqələrimiz, həm də Pakistandan Azərbaycana gələn turist axınının artması ilə əlaqədardır. Artıq Pakistanın bəzi aviaşirkətləri bu təşəbbüsə maraq göstərirlər".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti