Efiopiyada 37 nəfər öldürülüb

14-08-2018, 09:00
Oxunub: 31
"Biz hücuma gətirib çıxaran səbəbləri bilmirik", — deyə nəşrin həmsöhbəti bildirib


Efiopiyanın şərqində silsilə hücumlar nəticəsində azı 37 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Report xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən Addis Standard nəşri yazıb.

Hücum bazar ertəsinə keçən gecə Şərqi Hararqe rayonunda (Oromiya bölgəsində, Efiopiyanın somalililər məskunlaşan qonşu Somali bölgəsi ilə sərhəddə) baş verib.

Polisin məlumatına görə, hücumlar Somali bölgəsi rəhbərliyinin yaratdığı Liyyu polisi kimi tanınan qeyri-nizami silahlı qruplaşma tərəfindən törədilib.

"Biz hücuma gətirib çıxaran səbəbləri bilmirik", — deyə nəşrin həmsöhbəti bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti