“Qeyri-formal təhsil - Forum teatr” mövzusunda təlimlərə start verilib

13-08-2018, 23:49
Oxunub: 201
Təlimlər 11-12 və 18-19 avqust 2018-ci il tarixlərində Bakı şəhərində gənclər üçün təşkil olunur


Azərbaycan Sosial İş İctimai Birliyi Gürcüstanın Kreativ İnkişaf Mərkəzi (Creative Development Center) ilə birgə əməkdaşlıq çərçivəsində Baku City Academy təhsil mərkəzinin təşkilati dəstəyilə “Qeyri-formal təhsil - Forum teatr” mövzusunda təlimlər həyata keçirməyə başlayıb.

Etatist.com xəbər verir ki, təlimlər 11-12 və 18-19 avqust 2018-ci il tarixlərində Bakı şəhərində gənclər üçün təşkil olunur. Təlimin birinci günündə Forum Teatr mövzusunda Gürcüstanın paytaxtı Tbilisi şəhərində TOT (Training of Trainers) keçmiş təlimçilər tərəfindən iştirakçılara Forum Teatr nədir və Qeyri-Formal Təhsil nədir? Onun növləri, metodları və s. Haqqında məlumat verilib.

Təlimdə “Gənclərin əmək bazarına inteqrasiyası”nın problemləri və bu problemlərin potensial həll yolları haqqında interaktiv müzakirələr aparılıb. Daha sonra müzakirə əsasında təlim iştirakçıları bir mövzu üzrə ssenari yazıb, tamaşalar hazırlayıblar. Təlimin ikinci günündə isə iştirakçılar hazırladıqları Forum Teatr tamaşalarını nümayiş etdiriblər. Yekunda iki günlük təlimin qiymətləndirilməsi həyata keçirilib. Təlim iştirakçıları Azərbaycanın müxtəlif bölgələrindən olan, gənc aktivistlər və sosial işçilər olub.

Qeyd edək ki, təlimlər "Azərbaycan və Gürcüstanda gənclərin təhsilə əlçatanlığının artırılması" layihəsi çərçivəsində həyata keçirilir və təlimlərin aktiv iştirakçılarından ibarət 15 nəfərlik heyət Oktyabr ayında Tbilisidə keçiriləcək yekun forumda iştirak şansı əldə edəcəklər.

“Qeyri-formal təhsil - Forum teatr” mövzusunda təlimlərə start verilib

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti