"Moody’s" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz açıqladı

13-08-2018, 17:41
Oxunub: 169
Hesabata əsasən, kredit portfelinə mühüm dəstəyi ölkənin iri maliyyə aktivləri göstərir


“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozunu 1,5 faizdən 2 faizədək yaxşılaşdırıb.

Trend-in məlumatına görə, bu barədə agentliyin hesabatında deyilir.

Eyni zamanda agentlik 2019-cu il üçün proqnozu 3 faiz səviyyəsində saxlayıb. Qeyd olunur ki, iqtisadiyyatın artımına yüksək neft qiymətləri və qaz ixracının çoxalması yol açacaq.
 
Hesabata əsasən, kredit portfelinə mühüm dəstəyi ölkənin iri maliyyə aktivləri göstərir.

Qeyd edək ki, bir müddət əvvəl “Moody’s” Azərbaycanın bank sistemi ilə bağlı proqnozu “mənfi”dən “sabit”ədək yüksəltmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti