İspaniyada konsertdə platforma çöküb, xəsarət alanların sayı 260-ı ötüb - YENİLƏNİB

13-08-2018, 13:55
Oxunub: 86
İspaniyada konsertdə platformanın çökməsi nəticəsində xəsarət alanların sayı 266-ya çatıb


İspaniyada konsertdə platformanın çökməsi nəticəsində xəsarət alanların sayı 266-ya çatıb.

Bu barədə Report RİA Novosti-yə istinadən xəbər verir.

Son məlumatlara görə, beş nəfərin, o cümlədən yetkinlik yaşına çatmayan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Polis hadisə nəticəsində ölənlərin olmadığını bildirib.


*** 

İspaniyanın Viqo şəhərində keçirilən konsert zamanı taxta konstruksiyanın çökməsi nəticəsində 130-a yaxın insan yaralanıb

Report RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə "O Marisquiño" festivalı çərçivəsində keçirilən konsert zamanı baş verib.

Sahil kənarında quraşdırılan taxta platforma izləyicilərin ağırlığına dözməyib və çöküb. Nəticədə çox sayda insan suya düşüb. Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Onlardan dördününü vəziyyətinin ağır olduğu bildirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti