Buxarestdə etirazlar zamanı 452 nəfər xəsarət alıb

11-08-2018, 16:43
Oxunub: 140
Buxarestdə keçirilən etiraz əsasən xaricdə yaşayan rumıniyalar tərəfindən təşkil edilib


Rumıniyanın paytaxtı Buxarestdə hökumət əleyhinə etiraz aksiyaları zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib.

Trend-in məlmatına görə, toqquşma nəticəsində 452 nəfər, o cümlədən 35 polis əməkdaşı xəsarət alıb.

Xəsarət alanlardan 70 nəfəri xəstəxanaya yerləşdirilib.
 
Qeyd olunur ki, Buxarestdə keçirilən etiraz əsasən xaricdə yaşayan rumıniyalar tərəfindən təşkil edilib.

Polis kütlənin qarşısını almaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etməli olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti