Qeyri-sabit hava şəraiti davam edəcək

11-08-2018, 16:20
Oxunub: 597
Dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir


Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Etatist.com-a verilən məlumata görə, avqustun 13-ü gündüzdən 15-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Eyni zamanda avqustun 13-14-də, əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti