Braziliyada partlayış baş verib, yaralananlar var

11-08-2018, 11:59
Oxunub: 119
Təxminən 30 nəfər yaralanıb


 Braziliyanın Minas-Jerays ştatında güclü partlayış baş verib, təxminən 30 nəfər yaralanıb. 

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı xəbər məlumat yayıb.

Bildirilib ki, hadisəyə səbəb qaz balonlarının partlaması olub. Güclü partlayış İpatinqanın bir çox rayonlarında eşidilib. Bütün zavod işçiləri evakuasiya edilib, yaralılar isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırmalar gedir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti