Fransada leysan yağışları 1,6 mindən çox insanın təxliyyəsinə səbəb olub

10-08-2018, 12:02
Oxunub: 31
Qar Departamentində çayların daşması səbəbindən beş yay düşərgəsi boşaldılıb


Fransanın cənubunda leysan yağışlarına görə 1600-dən çox insan təxliyyə edilib, bir nəfər itkin düşüb.

Bu barədə Report "Russia Today"ə istinadən xəbər verir.

Əməliyyatda helikopterlərdən istifadə olunub. Qar Departamentində çayların daşması səbəbindən beş yay düşərgəsi boşaldılıb, insanlar təxliyyə edilib.

Daşqınlar həmçinin Drom və Ardeş departamentlərinə də təsirini göstərib.

Hazırda daşqın vaxtı təkərlər üstündəki daşınan evində olan 70 yaşlı Almaniya vətəndaşının axtarışı həyata keçirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti