Lavrov Türkiyəyə səfər edəcək

9-08-2018, 16:56
Oxunub: 81
Səfər çərçivəsində Lavrovun Çavuşoğlu ilə danışıqlar aparacağı planlaşdırılır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 13-14-də Türkiyəyə səfər edəcək.

Report xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Səfər çərçivəsində Lavrovun səfirlərin görüşündə çıxış edəcəyi və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacağı planlaşdırılır.

"Rusiya-Türkiyə əlaqələrinin mərkəzində beynəlxalq gündəmin aktual məsələləri - Suriya, Yaxın Şərq, Zaqafraziya, Mərkəzi Asiya, Ukrayna və Qara dəniz regionundakı vəziyyət dayanacaq", - M.Zaxarova söyləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti