ABŞ-da meşə yanğınının söndürülməsində 14 min nəfər iştirak edir

9-08-2018, 13:27
Oxunub: 25
Yanğının söndürülməsində 12 min yanğınsöndürən, uyğun kursu keçmiş 2 minə yaxın məhbus iştirak edir


ABŞ-ın Kaliforniya ştatında meşə yanğınının söndürülməsinə 14 min yanğınsöndürən, hərbçi və məhbus cəlb edilib.

Report “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Kaliforniyanın Meşə Təsərrüfatı və Yanğından Mühafizə İdarəsi yayıb.

Yanğının söndürülməsində 12 min yanğınsöndürən, uyğun kursu keçmiş 2 minə yaxın məhbus iştirak edir. Hadisə yerinə mindən çox yanğınsöndürən avtomobil, 59 buldozer, 17 təyyarə və 12 helikopter fəaliyyət göstərir.

Yanğın artıq 1176 kv. km meşə təsərrüfatını məhv edib. Yanğın nəticəsində 7 nəfər ölüb, 1500 tikili yanıb.

Mütəxəssislər ştatın tarixində ən böyük yanğının avqustun sonunadək davam edəcəyindən ehtiyatlanırlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti