Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edəcək

9-08-2018, 15:47
Oxunub: 110
Qəbulda Ucar, Göyçay, Kürdəmir və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər


Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edəcək.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, qəbul avqustun 10-da saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında keçiriləcək.  

Qəbulda Ucar, Göyçay, Kürdəmir və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər. 

Görüşdə səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti