DTX və DİN Astarada birgə əməliyyat keçirib, 4 ədəd avtomat aşkar edilərək götürülüb

9-08-2018, 12:43
Oxunub: 24
Çay fabrikinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb


Astarada fəaliyyət göstərməyən çay fabrikinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.

Report xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülən tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti