Tərtərdə eyni kəndin sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

9-08-2018, 15:00
Oxunub: 85
23 ədəd çətənə kolu və 7,498 qram marixuana aşkar edilərək götürülüb


Tərtərdə eyni kəndin sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.

DİN-dən Etatist.com-a verilən məlumata görə, daxil olan məlumat əsasında Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buruc kənd sakini Rasim Şahsuvarova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu və 7,498 qram marixuana aşkar edilərək götürülüb.

Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə digər Buruc kənd sakini Müşfiq Əliyevin evinə baxış zamanı oradan 8,648 qram marixuana, 511,96 qram tiryək və 26,125 qram heroin aşkar edilərək götürülüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti