Tovuzda strateji əhəmiyyətə malik bir-neçə yolun yenidən qurulması başa çatır

9-08-2018, 12:28
Oxunub: 24
Yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılmaqla yaxın aylarda burda müasir yol infrastrukturu yaradılacaq


Tovuzda strateji əhəmiyyətə malik bir neçə yolun yenidən qurulması bitir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Etatist.com-a verilən məlumata görə, söhbət Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir.

Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarının ümumi uzunluğu 15 km təşkil edir. Tikinti layihəsinə uyğun olaraq, düşərgə və Hacıhəsənli kəndinə giriş yolunun asfalt-beton örtüklü, Yanıqlı, Sofular və Saladinli kəndlərinin giriş yollarının isə çınqıl örtüklü olması nəzərdə tutulub.

Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 176 ədəd yol nişanı və məlumatverici lövhə, km göstəricisi ,1715 ədəd siqnal dirəyi quraşdırılacaq. Yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılmaqla yaxın aylarda burda müasir yol infrastrukturu yaradılacaq.

Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti