Təhsil Nazirliyi: Vakansiya seçimi mərhələsi bu gün başa çatır

9-08-2018, 11:34
Oxunub: 26
Namizədlər avqustun 9-u saat 23:59-dək elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu gün başa çatır.

Bu barədə Etatist.com-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Namizədlər avqustun 9-u saat 23:59-dək elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar.

Bu mərhələnin nəticələri barədə müvafiq məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsabiqənin yekun – müsahibə mərhələsində vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Müsahibəyə çağırılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzular təqdim olunacaq. Hər bir namizəd həmin mövzunu müsahibə komissiyası üzvlərinə açıq dərs formatında təqdim etməlidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti