İtaliyada Qara Qarayevə həsr edilən konsert proqramı təqdim olunacaq

9-08-2018, 11:30
Oxunub: 62
Sentyabrın 4-də Qara Qarayevə həsr edilən fortepiano konserti təqdim olunacaq


İtaliyada VIII Livorno Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Etatist.com-a verilən məlumata görə, tədbir avqustun 21-də başlayacaq və sentyabrın 8-dək davam edəcək. 

Festival çərçivəsində sentyabrın 4-də görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevə həsr edilən fortepiano konserti təqdim olunacaq. 

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə tanınmış pianoçu Olqa Domninan ifasında Qara Qarayevin, Dmitri Şostakoviçin və Fərəc Qarayevin əsərləri səsləndiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti