AQTA əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

9-08-2018, 11:24
Oxunub: 25
Tailandda baş tutan təlimə 18 ölkədən 20 nümayəndə qatılıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "Heyvandarlığın inkişaf etdirilməsi və qida təhlükəsizliyi” təlimi çərçivəsində Tailand Krallığında səfərdə olublar.

Bu barədə Etatist.com-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindəndən məlumat verilib.

Səfər müddətində nümayəndə heyəti Tailandın Xon Kaen Universitetinin Kənd təsərrüfatı fakültəsinin professor heyəti və yerli fermerlərlə görüşlər keçirib, Tailand Krallığının qida təhlükəsizliyi və heyvandarlıq sahəsindəki təcrübəsi ilə tanış olublar.

Təlim çərçivəsində heyvandarlığın inkişaf etdirilmə yolları, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılma üsulları, biotexnologiyanın heyvandarlıqda rolu (embrion köçürməsi metodundan istifadə olunması), heyvanların identifikasiya metodları, heyvandarlığın yem təminatı və qida təhlükəsizliyində heyvan yemlərinin rolu mövzuları müzakirə olunub. Tailandda yerləşən istehsalat müəssisələri, müasir heyvandarlıq fermaları, balıqçılıq təsərrüfatlarına baxış keçirən AQTA nümayəndələri eyni zamanda kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində Yaxşı İdarəetmə Praktikası (GMP), Yaxşı Gigiyena Praktikası (GHP), Beynəlxalq Qida Təhlükəsizliyi Standartları və bu kimi bir sıra beynalxalq təlimlərdə iştirak ediblər.

Qeyd edək ki, Tailandda baş tutan "Heyvandarlığın inkişaf etdirilməsi və qida təhlükəsizliyi” təliminə 18 ölkədən 20 nümayəndə qatılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti