Bitkoinin qiymətində azalma davam edir

9-08-2018, 03:22
Oxunub: 152
Bitkoinin qiyməti son sutka ərzində 6,89% azalaraq 6,49 min dollar təşkil edib


Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.

Trend-in məlumatına görə, bitkoinin qiyməti bu gün 6,5 min dollar həddindən aşağı düşüb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 6,89% azalaraq 6,49 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, "Ethereum" 8,59% və ya 371,85 dollaradək, "Ripple" 15,2% (0,3473 dollara qədər), "Bitcoin Cash" isə 10,32% (621,31 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 230,27 milyard dollar təşkil edir və bunun 48,5% faizi bitkoinin payına düşür.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti