Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

7-08-2018, 13:37
Oxunub: 161
Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir


Azərbaycanın İsveçrə Konfederasiyasındaki səfirliyi 2018-ci ilin sentyabr ayında İsveçrənin Tiçino kantonunda Azərbaycan-İsveçrə biznes forumunun keçirilməsinə dair razılıq əldə edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə İsveçrənin mərkəzi və yerli qurumlarının, habelə işgüzar dairələrin və İsveçrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı gözlənilir.

Xanım İbrahimova İsveçrənin Tiçino kantonunun Ticarət Palatasının Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Kiara Krivelli və Luqano şəhərinin meri Marco Borradori ilə görüşüb. Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılib, Azərbaycan iqtisadiyyatına dair tədbirlərin təşkili imkanları müzakirə edilib. Görüşdə Azərbaycan ilə Tiçino kantonu arasında qarşılıqlı işgüzar səfərlərin təşkili üzrə müzakirələr aparılib.

Görüşdə qeyd olunub ki, hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Həmçinin Azərbaycandan İsveçrəyə 1,2 mlrd. ABŞ dolları investisiya yatırılıb. 2017-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 40%-dən çox artım deməkdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti