Yaponiya Rusiyaya etiraz notası göndərib

6-08-2018, 14:32
Oxunub: 486
"Moskvanın bu hərəkətləri dərin təəssüf doğurur və Yaponiyanın mövqeyinə ziddir"


Yaponiya Rusiya hökumətinə etiraz notası göndərib.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa ənənəvi mətbuat konfransında bildirib.

O qeyd edib ki, etiraz notası Rusiya tərəfindən Su-35S qırıcılarının İturup adasında yerləşdirilməsi ilə bağlı göndərilib. Suqa bildirib ki, etiraz notası Moskvadakı Yaponiya səfirliyi vasitəsilə Rusiya XİN-ə təqdim olunub.
 
Baş katib əlavə edib: "Moskvanın bu hərəkətləri dərin təəssüf doğurur və Yaponiyanın mövqeyinə ziddir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti