Samuxda yol tikintisinə 4 milyon manat ayrılıb

4-08-2018, 17:42
Oxunub: 392
4 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb


Prezident İlham Əliyev avqustun 4-də “Samux rayonunun Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Etatist.com xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti