Lerikdə meşəlik ərazidə yanğın olub

3-08-2018, 16:23
Oxunub: 176
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir


Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib.

FHN-dən Etatist.com-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti