Azərbaycan və Ermənistan XİN-ləri Nyu Yorkda görüşəcəklər

31-07-2018, 14:37
Oxunub: 232
“Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər"


BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub. 

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib. O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var: “Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti