Hərbi qulluqçularımız Gürcüstanda təlimdə iştirak edəcəklər

30-07-2018, 18:51
Oxunub: 207
Təlimdə 13 ölkədən 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək


Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində keçiriləcək "Layiqli Tərəfdaş 2018" (Nobel Partner 2018) çoxmillətli təlimində iştirak edəcəklər.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, təlimin məqsədi NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir.

Təlimdə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti