Baş Prokurorun qəbuluna düşmək istəyənlərin nəzərinə

29-05-2013, 10:10
Oxunub: 1153


Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən cari il iyunun 7-də saat 11:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir.


Etatist.com-un prokurorluğun rəsmi saytına istinadən məlumatına görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az, elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti